Korporativ hüquq

Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi. Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili; Sizin biznesinizin Offşor trastlarının və fondların istifadə olunması yolu ilə yaradılan təhlükələrdən müdafiəsi; Daxili korporativ və təsis sənədlərinin hazırlanması; Aksiyaların əldə edilməsi və satılmasının hüquqi müşaiyəti; Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;

Vergi hüququ

Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası. Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi. Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması. Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması. Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. Ixrac ƏDV-nin geri qaytarılması.

Ailə Hüququ

Ailə hüququ üzrə məsləhətlərin verilməsi. Daşınar və daşınmaz əmlakın idarəolunması barədə məsləhətlərin verilməsi. Notarial xidmətlər. Inzibati hüquqla (avtomobil müfəttişliyi ilə, icra hakimiyyəti ilə, yerli idarəetmə orqanları ilə və s. qarşılıqlı münasibətlər) bağlı münasibətlərin həlli.

Müqavilə hüququ

Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi; Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi. Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması. Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması. Müştərilərin nəzarət orqanları (DİŞ, prokurorluğ və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.

Daşınmaz əmlak

Azərbaycan bazarının tənzimləmə baxımından bu qeyri-sabit hissəsi daşınmaz əmlak üzrə əməliyyatlara peşəkar yanaşma tələb edən bir sıra dəyişikliklərə məruz qalmışdır. Hazırda həm bizneslə məşğul olan şəxslər, həm də digər şəxslər mülkiyyət risklərinin istisna edilməsi üçün əmlakla əlaqədar əməliyyatların lazımi sənədləşdirilməsində maraqlıdırlar.

Tikinti hüququ

Tikinti hüququnun təbiətindən irəli gəldiyi kimi, Azərbaycan qanunvericiliyi də bu sahədə olan problemlərə asan həllər təmin etmir. Tikinti üzrə qaydalar, Müqavilə, əmək, zərərvurma və digərhüquq sahələrininqarışığı olmaqla, tikinti və layihələndirmədən irəli gələn işlərin keyfiyyətlə həll edilməsi peşəkar yanaşma və təcrübə tələb edir.

Miqrasiya hüququ

Miqrasiya, vətəndaşlıq, iş icazəsi komandamızın həm xarici vətəndaşlara, həm də Azərbaycan vətəndaşlarına kömək edə biləcəyi əsas sahələr arasındadır. Yerli bazara xarici işçi qüvvəsinin cəlb edilməsi müasir biznesin özünəməxsus aspektidir. Miqrasiya məsələlərinə dair Azərbaycan qanunları aydındır və müasir beynəlxalq təcrübə ilə uzlaşır. Buna baxmayaraq, ciddi prosedurlar və yüksək məbləğdə cəzalar miqrasiyaya dair məsələlər və işləmək üçün icazənin alınması zamanı nəzərə alınmalı məsələlərdir.

Location